Skip Navigation

National Geographic Society Este programa se distribuye en los Estados Unidos y Canadá por National Geographic y EHD. [obtenga más información]

DVD ilustrado plurilingüe

La biología del desarrollo prenatal




PRENATAL İNKİŞAFİN BİOLOGİYASİ

.Azərbaycan Dilində [Azerbaijani North]


 

Descargar versión en formato PDF  ¿Qué es PDF?
 

El embrión de 8 semanas

Capítulo 30   8 semanas: desarrollo del cerebro

8-ci həftədə beyin kifayət qədər inkişaf etmişdir və rüşeymin ümumi bədən çəkisinin az qala yarısını təşkil edir.

Boy qeyri-adi sürətlə artır.

Capítulo 31   Cualidad de diestro y zurdo

8-ci həftənin sonuna yaxın rüşeymlərin 75% sağ əlin üstünlüyünü nümayiş etdirir. Yerdə qalanlar arasında isə sol əlin üstünlüyü olan və heç bir əlin üstünlüyü olmayanlar bərabər saydadır. Bu sağaxay və solaxaylığın ilk təzahürüdür.

Capítulo 32   Voltearse

Pediatriya dərsliklərində göstərilir ki, çevrilmə qabiliyyəti doğuşdan 10-20 həftə sonra əldə edilir. Lakin, zəif qravitasiya şəraitində maye ilə dolu amniotic kisədə belə təsir bağışlayıcı koordinasiya olduqca tez yaranır. Yalnız uşaqlıq xaricində yüksək cazibə qüvvəsinin müqavimətini rəf etmək üçün kifayət qədər qüvvənin olmaması yeni doğulmuşlarda çevrilmənin qarşısını alır.

Rüşeym bu müddət ərzində bir az da aktivləşir.

Hərəkətlər yavaş, yaxud tez, bir dəfə icra olunan, yaxud təkrarlanan, spontan, yaxud reflector ola bilər.

Başın hərlətmə hərəkəti, boynun bükülməsi və əlin üzə toxunması daha çox təsadüf edilir.

Rüşeymə toxunmaqla gözlərin çəpləşməsi, çeynəmə hərəkətləri, tutucu hərəkətlər və ayaq barmağının qaldırılması baş verir.

Capítulo 33   Fusión de los párpados

7-8-ci həftələr arasında yuxarı və aşağı göz qapaqları sürətlə böyüyərək, gözlərin üzərində qismən qapanırlar.

Capítulo 34   Movimiento respiratorio y micción

Uşaqlıq daxilində havanın olmamasına baxmayaraq, rüşeym 8-ci həftənin sonuna yaxın fasilələrlə tənəffüs hərəkətlərini nümayiş edir.

Bu zaman böyrəklər amniotic mayeyə sidik ifraz edir.

Kişi cinsinə mənsub olan rüşeymin inkişafda olan xayaları Testosterone hormonunu hasil və ifraz etməyə başlayır.

Capítulo 35   8 a 9 meses (32 a 36 semanas): formación de alvéolos, agarre firme, preferencias de sabor

Rüşeymin ətraflatrında sümüklıər, oynaqlar, əzələlər, sinirlər və qan damarları eyni ilə böyük adamlardakılara bənzəyir.

8-ci həftənin sonuna yaxın dərinin üst qatı-epidermis çoxlaylı membrana çevrilərək, öz şəffaflığını demək olar ki, itirir.

Ağız ətrafında tüklər əmələ gəldikcə qaşlar da uzanır.

Capítulo 36   Resumen de las primeras 8 semanas

8-ci həftə embrional dövr sona yetir.

Bu müddət ərzində insan rüşeymi bir hüceyrədən 4000-dən artıq müəyyən anatomik struktur formalaşdıran 1 bilyona yaxın hüceyrə yaratmış olur.

Artıq rüşeymdə böyüklərdə aşkar olunan strukturların 90%-dən coxu vardır.