Skip Navigation

National Geographic Society Este programa se distribuye en los Estados Unidos y Canadá por National Geographic y EHD. [obtenga más información]

DVD ilustrado plurilingüe

La biología del desarrollo prenatal




PRENATAL İNKİŞAFİN BİOLOGİYASİ

.Azərbaycan Dilində [Azerbaijani North]


 

Descargar versión en formato PDF  ¿Qué es PDF?
 

Desarrollo embrionario: 4 a 6 semanas

Capítulo 11   4 semanas: líquido amniótico

4-cü həftənin sonuna yaxın embrionu, içi maye ilə dolu amnion adlı şəffaf qovuqcuq əhatə edir. Bu, amniotic maye adlandırılan steril duru maddə rüşeymi zədələnmədən qoruyur.

Capítulo 12   El corazón en acción

Ürək vurğularının sayı adətən normada dəqiqədə 113 olur.

Baxın, hər vurğu zamanı kameralara qan daxil olub qovularkən ürəyin rəngi necə dəyişir.

Ürək doğuşa qədər təqribən 54 milyon dəfə və 80 illik ömür müddətində 3,2 bilyon dəfədən artıq vurur.

Capítulo 13   Crecimiento del cerebro

Beynin sürətlə böyüməsi ön, orta və arxa beynin xarici görünüşünün dəyişməsində özünü göstərir.

Capítulo 14   Esbozos de las extremidades y piel

4-cü həftənin sonuna yaxın ətrafların düyünlərinin əmələ gəlməsi ilə yuxarı və aşağı ətrafların inkişafı başlanır.

Bu zaman dəri hələ şəffafdır, çünki o cəmi bir hüceyrə qalınlığındadır.

Dəri qalınlaşdıqca, öz şəffaflığını Itirir, bu da o deməkdir ki, biz yalnız növbəti aya qədər daxili orqanların inkişafını görə biləcəyik.

Capítulo 15   5 semanas: hemisferios cerebrales

4 və 5-ci həftələr arasında beyin sürətlə böyüməkdə davam edir və 5 fərqli hissəyə bölünür.

Rüşeymin başı onun ümumi ölçüsünün 1/3 hissəsini təşkil edir.

Baş beyin yarımkürəcikləri əmələ gəlir və tədricən beynin ən böyük hissəsinə cevrilir.

Baş beyin yarımkürəciklərinin lazım gəldikdə idarə edə biləcəyi funksiyalar aşağıdakılardır: düşünmək, öyrənmək, yadda saxlamaq, danışmaq, görmək, eşitmək, sərbəst hərəkət etmək və məsələləri həll etmək

Capítulo 16   Vías respiratorias principales

Tənəffüs sistemində artıq əsas sağ və sol bronxlar mövcuddur, vaxtı gələndə onlar traxeyanı və ya nəfəs borusunu ağ ciyərlərlə birləşdirəcək.

Capítulo 17   Hígado y riñones

Qarın boşluğunun çox hissəsini tutan iri həcmli qara ciyər döyünən ürəklə yan-yana yerləşməsini görürsünüz.

Daimi böyrəklər 5-ci həftənin sonuna yaxın əmələ gəlir.

Capítulo 18   Saco vitelino y células germinales

Yumurta sarısı kisəsində rüşeymi hüceyrələr adlı ilkin reproduktiv hüceyrələr yerləşir. 5-ci həftənin sonuna yaxın bu rüşeymi hüceyrələr böyrəklərlə yan-yana yerləşən reproduktiv organlara doğru yer dəyişirlər.

Capítulo 19   Placas de las manos y cartílago

5-ci həftənin sonuna yaxın eyni zamanda rüşeymin əl kökləri yaranır və 5 ½ həftəsinə yaxın qığırdaq formalaşmağa başlayır.

Burada biz sol əl kökünü və biləyi 5 həftə 6 günlük rüşeymdə görürük.