Skip Navigation

National Geographic Society Este programa se distribuye en los Estados Unidos y Canadá por National Geographic y EHD. [obtenga más información]

DVD ilustrado plurilingüe

La biología del desarrollo prenatal




PRENATAL İNKİŞAFİN BİOLOGİYASİ

.Azərbaycan Dilində [Azerbaijani North]


 

Descargar versión en formato PDF  ¿Qué es PDF?
 

El período embrionario (Las primeras 8 semanas)

Desarrollo embrionario: Las primeras 4 semanas

Capítulo 3   Fecundación

Bioloji dildə desək, "insanın Inkişafı fertilizasiyadan başlanır", bu zaman qadin ilə kişinin reproduktiv hüceyrələrinin birləşməsi nəticəsində hər birinin 23 xromosomunun birləşməsi baş verir.

Qadına məxsus reproduktiv hüceyrəyə adətən "yumurtahüceyrə" deyilir, lakin daha dəqiq termin ovositdir.

Eləcə də, kişiyə məxsus reproduktiv hüceyrə "sperma" kimi tanınır, lakin, spermatozoid termini daha münasibdir.

Qadın yumurtalığından ovosit xaric olunduqdan sonra Ovulyasiya prosesi zamanı bir çox hallarda Fallos boruları adlandırılan uşaqlıq borularının birində ovosit və spermatozoid bir biri ilə birləşir.

Uşaqlıq boruları qadın orqanizmində uterus, ya uşaqlıq arasında əlaqə yaradır.

Mayalanma nəticəsində əmələ gələn birhüceyrəli Embrion "birləşmiş, ya qoşalaşmış" mənasını daşıyan ziqota adlanır.

Capítulo 4   ADN, división celular y factor temprano de embarazo

Ziqotanın 46 xromosoması yeni fərdin tam genetic surətinin təkrar olunmayan xüsusiliyini təmin edir. Bu xüsusilik DNT adlı spiral kimi möhkəm burulmuş molekullar tərəfindən saxlanılır. Bunlarda bütün bədənin inkişafına dair təlimat qorunub saxlanılır.

Məlumdur ki, DNT molekulları eşilmiş nərdivana bənzəyən qoşa spiral formasındadır. Nərdivanın pillələrini qoşa durmuş quanin, sitozin, adenin və tiamin adlı molekullar, ya özüllər təşkil edir.

Quanin yalnız sitozin ilə, adenin isə tiamin ilə qoşa durur. İnsanın hər bir hüceyrəsində təqribən 3 bilyon belə cütlük mövcuddur.

Təkcə bir hüceyrə o qədər informasiya daşıya bilər ki, onu çap olunmuş sözlərlə yazsaq,yalnız bir özülə aid sözlərin birinci hərflərinin siyahısı üçün mətndə 1,5 milyon səhifədən artıq yer tələb olunacaq!

Ucları bir-birinə birləşdirilib, bir xətt üzərində qoyulsa, bir insan hüceyrəsinin DNT-ləri 3 1/3 fut, və ya 1 metr uzunluğunda olacaq.

Böyük adamın 100 trilyon hüceyrəsində yerləşən bütün DNT-lərin spiralını aça bilsəydik, onların ümumi uzunluğu 63 bilyon mildən artıq olacaqdı. Bu məsafə yer kürəsindən günəşədək gedib, geri qayıtsaq keçəcəyimiz yoldan 340 dəfə uzundur.

Fertilizasiyadan təxminən 24-30 saat sonra ziqota öz ilk hüceyrə bölünməsini başa vurur. Mitoz prosesində bir hüceyrə bölünüb ikisinə cevrilir, ikisi- dördünə, dördü- səkkizinə və s.

Mayalanmadan cəmi 24-48 saat sonra qadının qanında "ilkin hamiləlik faktoru" adlı hormonu aşkar etməklə hamiləlik təsdiq edilə bilər.

Capítulo 5   Etapas iniciales (mórula y blastocito) y células madre

Mayalanmadan 3-4 gün sonra embrionun bölünən hüceyrələri bir-birindən aralanmayarag yumru forma alır və artıq embrion morula adlanır.

4-cü-5-ci gününə yaxın hüceyrələrdən ibarət olan bu kürəciyin içində boşluq əmələ gəlir və embrion bundan sonra blastosist adlanır.

Blastosistin daxilində yerləşən hüceyrələr daxili hüceyrə kütləsi adlanır və onlardan inkişaf etməkdə olan insan orqanizminin başı, bədəni və başqa hissələri əmələ gəlir.

Daxili hüceyrə kütləsinə aid olan hüceyrələr rüşeymin ox hüceyrələri adlanır, çünki onlar insanın bədənində yerləşən 200-dən artiq hüceyrə növünü formalaşdırmaq qabiliyyətinə malikdir.

Capítulo 6   1 a 1½ semanas: implantación y gonadotropina coriónica humana (GCH)

Yeni yaranmış rüşeym uşaqlıq borusunun içində yer dəyişib anasının uşaqlıq divarının daxili səthində özünə yer eləyir. İmplantasiya adlandırılan bu proses mayalanmadan 6 gün sonra başlanır və 10-cu - 12-ci gününədək başa çatır.

Böyüyən rüşeymin hüceyrələri hamiləliyi təyin etmək üçün bir çox testlər vasitəsilə aşkar edilən insan xorionik qonadotropini (və ya İXQ) adlı hormonu ifraz etməyə başlayır.

İXQ hamilə qadının normal aybaşı siklini pozaraq hamiləliyin davam etməsi üçün imkan yaradır.

Capítulo 7   La placenta y el cordón umbilical

İmplantasiyadan sonra blastosistin periferiyası boyu yerləşən hüceyrələr ana ilə rüşeymin qan dövranları arasında əlaqə yaradan cift adlı strukturun bir hissəsinə çevrilir.

Cift hamilə qadının bədənindən anaya məxsus oksigeni, qida maddələri, hormonları və dərman maddələrini inkişafda olan dölə ötürür; işlənmiş maddələri xaric edir və ananın qanı ilə embrion və fetusun qanının qarışmasının qarşısını alır.

Cift eyni zamanda hormonlar hasil edir eləcə də embrion və fetusun bədən temperaturunun ananın bədən temperaturundan azacıq yüksək səviyyədə sabit qalmasını təmin edir.

Cift inkişaf etməkdə olan orqanizm ilə göbək ciyəsində yerləşən damarlar vasitəsi ilə əlaqədə olur.

Ciftin orqanizmi yaşatmaq imkanları müasir xəstəxanaların intensiv terapiya şöbələrində aparılan işlə müqayisə edilə bilər.

Capítulo 8   Nutrición y protección

1 həftə ərzində daxili hüceyrə kütləsinin hüceyrələri hipoblast və epiblast adlı iki lay formalaşdırır.

Hipoblastdan ilk günlərdə ana tərəfindən embrionu qida maddələri ilə təmin edən strukturlardan biri olan yumurta sarısı kisəsi əmələ gəlir.

Epiblastın hüceyrələrindən daxilində əvvəlcə embrion, sonra doğuşa qədər fetusun inkişaf etdiyi amnion adlı membran yaranır.

Capítulo 9   2 a 4 semanas: capas germinales y formación de órganos

Təxminən 2 ½ həftəliyə yaxın epiblastdan ektoderma, endoderma və mezoderma adli 3 xüsusi toxuma, və ya rüşeymi vərəqələr əmələ gəlir.

Ektodermadan bir çox strukturlar, o cümlədən baş beyin, onurğa beyni, sinirlər, dəri dırnaqlar və tüklər əmələ gəlir.

Endodermadan tənəffüs sistemi, həzm aparatı, eləcə də qara ciyər və mədəaltı vəzi kimi bir cox orqanların müəyyən hissələri əmələ gəlir.

Mezodermadan ürək, böyrəklər, sümüklər, qığırdaq, əzələlər, qan hüceyrələri və başqa strukturlar formalaşır.

3-cü həftənin sonuna yaxın beyin 3 əsas hissəyə bölünür. Bunlar ön beyin, orta beyin və arxa beyin adlanır.

Eyni zamanda tənəffüs sistemi və həzm aparatının inkişafı prosesi gedir.

Yumurta sarısı kisəsində ilk qan hüceyrəsi əmələ gələn kimi rüşeymin hər yerində qan damarları formalaşır və boru şəklində urək meydana gəlir.

Bundan az qala dərhal sonra sürətlə böyüyən ürək büküşlər yaradır və ayrı-ayrı kameralardan ibarət olub inkişaf etməyə başlayır.

Mayalanmadan 3 həftə bir gün keçəndən sonra ürək döyünməyə başlayır.

Ürək qan damar sistemi bədəndə funksional system statusunu qazanan ilk system, yaxud birgə fəaliyyət göstərən orqanlar qrupudur.

Capítulo 10   3 a 4 semanas: el plegamiento del embrión

3-cü və 4-cü həftələr arasında rüşeymin baş beyni, onurğa beyni və ürəyi yumurta sarısı kisəsinin üzərində asanlıqla təyin olunduğuna görə, bədən quruluşu artıq aydın bilinir.

Sürətlə gedən böyümə prosesi bir qədər yastı formada olan rüşeymdə büküşlərin əmələ gəlməsinə gətirib çıxarır. Bu proses yumurta sarısı kisəsinin bir hissəsini həzm aparatının daxili örtüyünün və inkişaf etməkdə olan orqanizmin döş qəfəsinin və qarın boşluqlarının formalaşmasına cəlb edir.