Skip Navigation

National Geographic Society Este programa se distribuye en los Estados Unidos y Canadá por National Geographic y EHD. [obtenga más información]

DVD ilustrado plurilingüe

La biología del desarrollo prenatal




PRENATAL İNKİŞAFİN BİOLOGİYASİ

.Azərbaycan Dilində [Azerbaijani North]


 

Descargar versión en formato PDF  ¿Qué es PDF?
 

Capítulo 40   3 a 4 meses (12 a 16 semanas): papilas gustativas, movimientos mandibulares, reflejo perioral, primeros movimientos

11 və 12-ci həftələr arasında dölün çəkisi təqribən 60% artır.

12-ci həftə ilə hamiləliyin ilk üçdə bir hissəsi, yaxud trimestri bitir.

Artıq ağız boşluğu divarlarının bütün şəthi üzərində dad məməciklərinin kötükcələri yerləşir.
Doğuşa yaxın dad məməcikləri yalnız dilin üzərində və damağın yuxarısında qalır.

Bağırsaqlarda 12-ci həftədə artıq peristaltika hərəkətləri başlanır və bunlar təxminən 6 həftə davam edir.

Dölün və yenidoğulmuş uşağın yoğun bağırsağından ilk ifraz olunmuş maddə mekonium adlanır. O, həzm traktının ifraz etdiyi həzm fermentləri, zülallar və ölü hüceyrələrdən ibarət olur.

12-ci həftənin sonunadək yuxarı ətrafın uzunluğunun bədənin uzunluğuna nisbəti təxminən son səviyyəsinə çatır. Aşağı ətrafların boyu uzanaraq son əndazəsinə çatır.

Kürəyi və başın təpəsini istisna etməklə, dölün bütün bədəni artıq yüngül toxunmaya həssasdır.

İlk dəfədir ki, cinsə aid fərqlər peyda olur. Məsələn, qadın cinsinə aid döllər kişi cinsinə aid olanlara nisbətən çənə hərəkətlərini daha çox icra edirlər.

Bundan əvvəl müşahidə olunan geriyə çəkilmə cavab reaksiyasının əksinə olaraq ağız ətrafının qıcıqlandırılması indi stimula doğru hərəkətlə və ağızın açılması ilə nəticələnir. Bu cavab forması "bənd olma refleksi" adlanır və bu refleks anadan olandan sonra da qalaraq,ana südü ilə qidalandırıldıqda yenidoğulmuş uşağa anasının məməciyini tapmağa kömək edir.

Piy təbəqəsi yanaqlarda qalınlaşdıqca üz öz formasını alır və dişlər də inkişaf etməyə başlayır.

15-ci həftənin sonuna yaxın qan yaradıcı sistemin hüceyrələri sümük iliyinə daxil olur və çoxalmağa başlayırlar. Qan hüceyrələrinin formalaşması əsasən burada baş verəcək.

Baxmayaraq ki, 6 həftəlik rüşeym hərəkət etməyə başlayır, hamilə qadın dölün tərpənməsini ilk dəfə 14-18-ci həftələr arasında hiss etməyə başlayır. Ənənəvi olaraq, bu hadisəni dölun tərpənməsi adlandırırlar.