Skip Navigation

National Geographic Society Este programa se distribuye en los Estados Unidos y Canadá por National Geographic y EHD. [obtenga más información]

DVD ilustrado plurilingüe

La biología del desarrollo prenatal




PRENATAL İNKİŞAFİN BİOLOGİYASİ

.Azərbaycan Dilində [Azerbaijani North]


 

Descargar versión en formato PDF  ¿Qué es PDF?
 

Capítulo 1   Introducción

Bir hüceyrəli insan zigotasının 100 trilyon hüceyrəli yetkinlik yaşına çatmış insana çevrilməsi prosesi yəgin ki, təbiətin ən böyük möcüzəsidir.

Hazırda tədqiqatçılara məlumdur ki, yetkinlik yaşına catmış insan orqanizminin bir çox adi funksiyalarının yerinə yetirilməsinin əsası doğuşdan qabaq adətən hələ hamiləlik dövründə qoyulur.

Doğuşa qədər inkişaf dövrü getdikcə daha çox doğuşdan sonra yaşama üçün hazırlıq dövrü kimi tanınır. Bu müddət ərzində inkişaf etməkdə olan orqanizmə bir çox strukturlar tələb olunur və bir çox vərdişlər təcrübədən keçirilir.

Capítulo 2   Terminología

Hamiləlik , yəni fertilizasiya, yaxud mayalanmadan doğuşadək keçən müddət normada təqribən 38 həftə davam edir.

fertilizasiyadan sonra ilk 8 həftə müddətində inkişafda olan orqanizm embrion adlanır, bu "daxilində inkişaf etməkdə olan" deməkdir. Embrional dövr adlanan bu müddət orqanizmin ən vacib sistemlərinin formalaşması ilə xarakterizə olunur.

8 həftə tamam olduqdan sonra hamiləliyin sonunadək inkişafda olan insan orqanizmi "doğulmamış övlad" mənasini daşıyan "fetus" adlandırılır. Fetal dövr adlı bu müddət ərzində bədən böyüyür və onun bütün sistemləri fəaliyyətə başlayir.

Bu proqramda göstərilən bütün fetal və embrional yaş dövrləri fertilizasiya baş verəndən sonrakı müddətə aiddir.